Xüsusi təyinatlılarla bağlı qaydalarda dəyişiklik
17 may 2015 11:20 (UTC +04:00)

Xüsusi təyinatlılarla bağlı qaydalarda dəyişiklik

Nazirlər Kabineti “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda dəyişikliklər edilməsi haqqında qərar verib. Lent.az-ın məlumatına görə, baş nazir Artur Rasizadənin imzaladığı qərarda bildirilir:

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 2 fevral tarixli 21 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 2, maddə 211)  ilə təsdiq edilmiş “Bağlaşma əsasında həqiqi hərbi xidmətə daxilolmanın halları və Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:

1. 2.10.2-ci yarımbənddə “19” rəqəmi “20” rəqəmi ilə əvəz edilsin və həmin yarımbəndə “hərbi qulluqçular” sözlərindən sonra “və hərbi vəzifəlilər” sözləri əlavə edilsin.

2. 2.10.2-ci yarımbəndə (birinci halda), 3.2-ci və 3.22-ci bəndlərə “xüsusi təyinatlı” sözlərindən əvvəl “hərbi qulluqçu hazırlayan” sözləri əlavə edilsin.

3. 3.19-cu bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

“Həmin şəxslər hərbi qeydiyyatdan çıxarıldıqdan sonra xidmət etdikləri bu Qaydanın 3.1-ci bəndində göstərilmiş müvafiq dövlət orqanlarında xüsusi qeydiyyata alınırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 194
avatar

Oxşar yazılar