Xəstələrin vəziyyəti stabildir - <span style="color:red;">Azər Maqsudov
21 may 2015 09:55 (UTC +04:00)

Xəstələrin vəziyyəti stabildir - Azər Maqsudov

Mayın 19-da  Binəqədi rayonu Azadlıq 200/36 ünvanındakı yaşayış binasında baş vermiş yanğınla əlaqədar xəstəxanaya yerləşdirilən yaralıların vəziyyəti stabildir.

Bunu Lent.az-a açıqlamasında 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin rəhbəri Azər Maqsudov bildirib.

A.Maqsudovun sözlərinə görə, toksikologiya şöbəsinə toksiki zəhərlənmə diaqnozu ilə yerləşdirilən 12 xəstədən 1-i artıq bu gün evinə buraxılacaq.

Qeyd edək ki, digər 2 nəfər yaralı  6 saylı BŞX-na  yerləşdirilib. Onların da vəziyyətinin stabil olduğu deyilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 149
avatar

Fərizə Əhmədova

Oxşar yazılar