Xarici ölkələrin Azərbaycandakı qanunsuz ali məktəblərinin məzunları - STATİSTİKA
12 mart 2013 10:08 (UTC +04:00)

Xarici ölkələrin Azərbaycandakı qanunsuz ali məktəblərinin məzunları - STATİSTİKA

Onların əksəriyyəti Rusiya ali məktəblərinin məzunudur


 

Təhsil Nazirliyi, Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyinin birgə əməkdaşlığı nəticəsində xarici ölkələrdə ali təhsil diplomları əldə etmiş vətəndaşların təhsil müddətində dövlət sərhədindən keçmə faktlarının “Giriş-çıxış” avtomatlaşdırılmış məlumat axtarış sisteminin bazasında qeydə alınmaması və ya qısa müddət ərzində qeydiyyata alınmasını sübuta yetirmək mümkün olub.

 

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, məlumatlara və ekspertlərin vətəndaşlarla keçirdiyi görüşlərə əsasən məlum olub ki, onlar arasında çoxlu sayda formal ali təhsil alan, savadsız və ixtisası haqqında məlumatı olmayan şəxslər var.

 

Həmçinin mənfi cavab alanlar respublika ərazisində qanunsuz fəaliyyət göstərən xarici ölkələrin ali təhsil müəssisələrinin (məntəqə və filiallar) məzunlarıdır. Onların fəaliyyəti Azərbaycan Respublikasının 1 saylı yerli İqtisad Məhkəməsinin qərarlarına əsasən dayandırılıb.

 

Həmin məzunların statistikası belədir:

 

78 nəfər - Rusiya Federasiyasının ali məktəblərinin məzunları;

34 nəfər - Gürcüstanın ali məktəblərinin məzunları;

6 nəfər - Ukraynanın ali məktəb məzunları;

1 nəfər - Qırğızıstan Respublikasının ali məktəb məzunu vardır.

 

Ümumiyyətlə, son bir il ərzində sektor tərəfindən 34 iclas keçirilib. Çıxarılan şəxsi işlərin müzakirəsi nəticəsində 1373 müraciət müsbət həll edilib və müraciət edənlərə müvafiq şəhadətnamələrin verilməsi haqqında qərarlar qəbul edilib.

 

Şəhadətnamə alanların siyahısı belədir:

 

572 nəfər - Rusiya Federasiyasının ali məktəblərinin məzunları;

206 nəfər - Türkiyə Respublikasının ali məktəblərinin məzunları;

206 nəfər - İran İslam Respublikasının ali məktəblərinin məzunları;

94 nəfər - Gürcüstanın ali məktəblərinin məzunları;

90 nəfər - Ukraynanın ali məktəblərinin məzunları;

44 nəfər - Böyük Britaniyanın ali məktəbinin məzunları;

28 nəfər - Qazaxıstan Respublikasının ali məktəblərinin məzunları;

19 nəfər - ABŞ ali məktəblərinin məzunları;

15 nəfər - Almaniya Federativ Respublikasının ali məktəblərinin məzunları;

12 nəfər - Qırğızıstan Respublikasının ali məktəbinin məzunları;

12 nəfər - Çin Xalq Respublikasının ali məktəbinin məzunları;

11 nəfər - Özbəkistan Respublikasının ali məktəblərinin məzunları;

5 nəfər - İraq Respublikasının ali məktəblərinin məzunları;

5 nəfər - Misir Ərəb Respublikasının ali məktəblərinin məzunları;

5 nəfər - Belarus Respublikasının ali məktəblərinin məzunları;

5 nəfər - Macarıstan Respublikasının ali məktəblərinin məzunları;

4 nəfər - Koreya Respublikasının ali məktəblərinin məzunları;

3 nəfər - İsveç Krallığının ali məktəblərinin məzunları;

3 nəfər - İsveçrənin ali məktəblərinin məzunları;

3 nəfər - İtaliyanın ali məktəblərinin məzunları;

2 nəfər - Şimali Kipr Türk Respublikasının ali məktəblərinin məzunları;

2 nəfər - Moldova Respublikanın ali məktəb məzunu;

2 nəfər - Fransa Respublikasının ali məktəblərinin məzunları;

2 nəfər - Bolqarıstan Respublikasının ali məktəblərinin məzunları;

2 nəfər - Tacikistan Respublikasının ali məktəblərinin məzunları;

2 nəfər - Avstriyanın ali məktəblərinin məzunları;

2 nəfər - Belçikanın ali məktəblərinin məzunları;

2 nəfər - Litva Respublikasının ali məktəblərinin məzunları;

1 nəfər - Cənubi Afrika Respublikasının ali məktəblərinin məzunları;

1 nəfər - Norveç Krallığının ali məktəb məzunu;

1 nəfər - İspaniyanın ali məktəb məzunu;

1 nəfər - Birləşmiş Ərəb Əmirliyinin ali məktəb məzunu;

1 nəfər - Rumıniyanın ali məktəb məzunu;

1 nəfər - Yaponiyanın ali məktəb məzunu;

1 nəfər - Türkmənistan Respublikasının ali məktəb məzunu;

1 nəfər - Kanadanın ali məktəb məzunu;

1 nəfər - Niderland Krallığının ali məktəb məzunu;

1 nəfər - Hindistanın ali məktəb məzunu;

1 nəfər - Tanzaniyanın ali məktəb məzunu;

1 nəfər - İordaniya Krallığının ali məktəb məzunu;

1 nəfər - Çexiya Respublikasının ali məktəb məzunu;

1 nəfər - Pakistan İslam Respublikasının ali məktəb məzunu;

1 nəfər - Estoniyanın ali məktəb məzunu.

 

Diplomların tanınması ilə bağlı müraciət edən 131 vətəndaşın işinə hazırda sektor tərəfindən baxılır. Həmin işlərin bu günə kimi baxılmasının səbəbi, vətəndaşlar tərəfindən vaxtı-vaxtında tələb olunan müvafiq sənədlərin təqdim olunmaması və vətəndaşların aldığı ali təhsillə bağlı Gürcüstanın Elm və Təhsil Nazirliyinə göndərilmiş sorğulara cavabların vaxtında verilməməsidir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1647
avatar

Oxşar yazılar