Xarici ölkələrdə təhsillə bağlı<span style="color:red;"> QAYDALAR  təsdiqləndi
15 may 2015 10:22 (UTC +04:00)

Xarici ölkələrdə təhsillə bağlı QAYDALAR təsdiqləndi

Nazirlər kabineti “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”nın təsdiq edilməsi haqqında qərar verib.

Lent.az-ın məlumuatına görə, Konstitusiyanın 119-cu maddəsinin səkkizinci abzasına əsasən  “Təhsil haqqında” qanununun tətbiq edilməsi barədə” Prezidentin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.2-ci bəndini əsas götürərək  Nazirlər Kabineti qərar verib.

Qərara əsasən, “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları” təsdiq olunub. 

“Azərbaycan Respublikası vətəndaşlarının təhsil almaq üçün xarici ölkələrə göndərilməsi və xarici ölkə vətəndaşlarının Azərbaycanın təhsil müəssisələrində təhsil almaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Nazirlər Kabinetinin 2001-ci il 6 mart tarixli 56 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 3, maddə 212; 2010, № 3, maddə 264, № 11, maddə 1039) ləğv edilib.

Vətəndaşlar təhsil almaq məqsədi ilə yerləşdikləri dövlətin qanunlarında nəzərdə tutulmuş tələblərə cavab verən təhsil müəssisələrini, ixtisası (ixtisaslaşmanı), təhsil pilləsini və səviyyəsini seçməkdə sərbəstdirlər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 201
avatar

Oxşar yazılar