Vətəndaş cəmiyyəti - gələcəyə inam və yeni imkanlar
04 may 2013 17:05 (UTC +04:00)

Vətəndaş cəmiyyəti - gələcəyə inam və yeni imkanlar

Bu gün ölkəmiz inkişaf dinamikasına görə irəlidə gedən ölkələrdən biridir. Ölkəmizdə yeni-yeni layihələrin keçirilməsi, ölkəmizə olan marağı günü-gündən daha da artırmaqdadır. Gələcəyə hesablanmış möhtəşəm layihələr Azərbaycana olan marağı artırmaqdadır. Sözsüz ki, bu inkişaf gənclərimizin də aktivləşməsində mühüm amillərdəndir. Ölkə rəhbərliyinin gənclərimizin dünya dəyərlərinə yiyələnməsi yönündə gördüyü işləri də danılmazdır. Buna misal olaraq Azərbaycan gənclərinin nüfuzlu xarici ölkələrin universitetlərində dövlət hesabına təhsil alması, gənclərin müxtəlif beynəlxalq tədbirlərdə iştirakının təmin edilməsi, ən əsası isə dövlətin və Qeyri Hökumət Təşkilatlarına göstərdiyi qayğıdır.

Cəmiyyətdə Qeyri Hökumət Təşkilatlarının rolunun qabardılması və onlara qayğının göstərilməsi məhz Azərbaycanın aktiv gəncliyinə göstərilən diqqətin təcəssümüdür. Danılmaz faktdır ki, Qeyri Hökumət Təşkilatlarında böyük əksəriyyəti aktiv tələbələr və gənclər təşkil edirlər. Bu gənclər müxtəlif layihələrlə çıxış edir, əhali qruplarına istiqamətlənmiş layihələri icra edir, Vətənimizin tanıtdırılması və təbliğatı yönündə müxtəlif işlər həyata keçirirlər. Sözsüz ki, bu yöndə gənclərin işlərinin dəstəklənməsi Azərbaycan gənclərində özünə və  dövlətin onların arxasında olduğuna inam hissinin yaranmasına səbəb olur. Bu həmçinin dövlətin də öz gənclərinə inanması, onları dəstəkləməsi və hər zaman onların arxasında durması anlamına gəlir.

Gənclərin ölkə daxilində etdikləri tədbirlər əsasən digər gənclərin də maarifləndirilməsi və onların dövlətimiz üçün aktiv gənclərə çevrilməsi istiqamətindədir. Ölkə xaricində keçirilən tədbirlərdə isə əsasən gənclər Vətənə sevgini, Azərbaycanımızın bu günü, Azərbaycan reallıqları, mədəniyyəti və incəsənəti mövzularına müraciət edir və digər xalqlara da Azərbaycana sevgini aşılayırlar.

Sözsüz ki, dövlətlə gənclərin qarşılıqlı səmimiyyətindən yaranan münasibətlər Azərbaycanımızın təbliğində və onun gənclərinin inkişafında mühüm amillərdəndir. Ölkəsini, millətini sevən savadlı və aktiv gənclərin dəstəklənməsi dövlətin qarşısında duran mühüm məsələlərdəndir və bu gənclərin inkişafı Azərbaycanımızın işıqlı gələcəyi deməkdir.

 

Hümbətov Tural

"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin baş katibi

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 993
avatar

Oxşar yazılar