Vahid danışıq lüğətinin hazırlanmasına 8 tədqiqatçı cəlb olunub
19 iyun 2013 15:36 (UTC +04:00)

Vahid danışıq lüğətinin hazırlanmasına 8 tədqiqatçı cəlb olunub

 “Azərbaycanın orfoqrafiya lüğəti üzərində işlər tamamlanıb. Hazırda onun yığımı ilə bağlı iş gedir. Lüğətin nə zaman istifadəyə veriləcəyini konkret deyə bilmərəm”. Bunu Lent.az-a açıqlamasında AMEA-nın Dilçilik İnstitutunun direktor əvəzi Fəxrəddin Veysəlli bildirib.

 

Onun sözlərinə görə, hazırda vahid danışıq lüğəti (orfofonik lüğət) hazırlanır: “Orfofonik lüğətin hazırlanmasına mənim rəhbərliyimlə 8 nəfər tədqiqatçı cəlb olunub. Hazırda biz ciddi şəkildə sözlərin seçimi üzərində işləyirik. Bu sahədə ciddi iş gedir”.

 

Dil pozuntularına qarşı mübarizə aparacaq Monitorinq Qrupunun yaradılmasına gəlincə, F. Veysəlli bildirib ki, adıçəkilən qrupun yaradılması ilə bağlı dövlət başçısının sərəncamı var: “Ancaq hələlik bu qrup yaradılmayıb. Bu barədə AMEA Rəyasət Heyəti qərar verməlidir”.  

 

Dilçilik İnstitutunun direktor əvəzi onu da vurğulayıb ki, AMEA-nın Rəyasət Heyəti adıçəkilən institutda struktur islahatlarının aparılması ilə bağlı qərar verməlidir: “Bundan sonra biz hərəkətə keçməliyik. Amma Monitorinq Qrupunun işi üçün lazımi olan texniki avadanlıqlar var. İstənilən işləri görməyə hazırıq”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 473

Oxşar yazılar