Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş bayram tədbiri keçirildi
01 iyun 2016 20:34 (UTC +04:00)

Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş bayram tədbiri keçirildi

0

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə açıq havada Beynəlxalq Uşaqları Müdafiə Gününə həsr olunmuş bayram tədbiri keçirilib.

 

APA-nın məlumatına görə, Qara Qarayevin heykəlinin önündə təşkil olunan sərgi və konsertdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, millət vəkilləri, mədəniyyət nümayəndələri, şəhər sakinləri iştirak edib.

 

Tədbir iştirakçıları əvvəlcə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin şəbəkəsində fəaliyyət göstərən uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin rəsm əsərlərinə baxıblar.

 

Bayram tədbiri daha sonra paytaxtın uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin konsert proqramı ilə davam edib.

 

Proqramda Üzeyir Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra”, Qara Qarayevin "İldırımlı yollar" baletindən "Ehtiraslı qızların rəqsi", Tofiq Quliyevin "Zibeydə", Səid Rüstəmovun "Alagöz", Müslüm Maqomayevin "Azərbaycan" və digər mahnılar ifa olunub. Həmçinin uşaqların təqdimatında milli rəqslər təqdim edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 474

Oxşar yazılar