Uşaqlar parlamentin iclasında...
31 may 2016 13:32 (UTC +04:00)

Uşaqlar parlamentin iclasında...

0

1 iyun – Beynəlxalq Uşaqların Müdafiəsi günü ilə əlaqədar Milli Məclisin bu gün keçirilən iclasına bir qrup uşaq qatılıb.

 

APA-nın məlumatına görə, 20-yə qədər uşaq iclası izləyib. Spiker Oqtay Əsədov uşaqları təbrik edərək onların iclası sakit izləməsini deputatlara nümunə kimi göstərib: “Görün, necə də sakit və mədəni şəkildə oturub dinləyirlər. İnanıram ki, gələcəkdə onların arasında Milli Məclisdə təmsil olunan nümunəvi deputatlar çıxacaq”.

 

Uşaqlar öz növbəsində spikerə təşəkkür edərək iclas zalını tərk ediblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 408

Oxşar yazılar