Uşaq evlərinin məzunlarına <span style="color:red;">ŞAD XƏBƏR:  evlər veriləcək
17 noyabr 2014 14:15 (UTC +04:00)

Uşaq evlərinin məzunlarına ŞAD XƏBƏR: evlər veriləcək

Azərbaycanda dövlət uşaq müəssisələrindən məzun olmuş, valideyn himayəsindən məhrum və sağlamlıq imkanları məhdud şəxslərin mənzil problemi həll ediləcək. Lent.az-ın məlumatına görə, bu, 2014-2025-ci illəri əhatə edən “Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı”nda nəzərdə tutulub. Bununla bağlı müvafiq tədbirlər həyata keçiriləcək. Həmin şəxslərin sosial mənzillər və ya ailə tipli yataqxanalarda yaşayış yeri ilə təmin edilməsi istiqamətində müvafiq tədbirlər görüləcək.

 

İşlərin icrasını isə Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi həyata keçirəcək.

 

Əlilliyi olan şəxslərin, sağlamlıq imkanları məhdud uşaqların reabilitasiya işinin gücləndirilməsi üzrə müvafiq tədbirlərin həyata keçiriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, eləcə də Səhiyyə Nazirliyi müvafiq işlər görəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 756

Oxşar yazılar