Ünvanlı yardımla bağlı 28 mindən çox elektron müraciət olunub
01 mart 2016 11:25 (UTC +04:00)

Ünvanlı yardımla bağlı 28 mindən çox elektron müraciət olunub

 

Fevral ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərindən istifadə sayı əvvəlki  yanvar ayı ilə müqayisədə 56,7 faiz artaraq 273 724-ə çatıb.

 

ƏƏSMN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, fevral ayında əhali “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” e-xidmətindən 180 061 dəfə, “Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi” e-xidmətindən isə 25 578 dəfə istifadə edib ki, bu da yanvar ayı ilə müqayisədə müvafiq olaraq 45,6 faiz və 11,2 faiz çoxdur.

 

Bununla yanaşı, fevral ayında əhali nazirliyin “İş yerinə dair arayış” e-xidmətindən 14 751 dəfə, “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” e-xidmətindən 13 229 dəfə faydalanıb. “Sosial müavinətlərin və təqaüdlərin hesablanması üzrə sosial kalkulyator” e-xidmətindən 5 355 dəfə, “İşsizlik müavinətinin məbləğinin hesablanması kalkulyatoru” e-xidmətindən 4 560 dəfə, “Tibbi-Sosial Ekspert Komissiyaları tərəfindən keçirilmiş müayinə barədə məlumatın verilməsi” e-xidmətindən isə 1 584 dəfə istifadə qeydə alınıb.

 

Həmçinin, fevral ayının sonlarına doğru əhalinin istifadəsinə verilən “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” e-xidməti əhalinin geniş şəkildə yararlandığı e-xidmətlərdən birinə çevrilib. Qısa müddətdə bu e-xidmətə artıq 28 606 dəfə müraciət olunub.

Qeyd edək ki, ümumilikdə cari ilin yanvar-fevral aylarında əhali Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərindən 448 432 dəfə istifadə edib ki, bu da son iki ayda “Elektron Hökumət” portalından ümumi istifadənin (1 727 877 dəfə istifadə) 26 faizə yaxını deməkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 153
avatar

Oxşar yazılar