Unibank bayram günləri də işləyir
19 mart 2013 12:33 (UTC +04:00)

Unibank bayram günləri də işləyir

Unibank Novruz bayramı münasibəti ilə bütün Azərbaycan xalqını təbrik edir. Bank, Novruz bayramı günlərində də müştərilərinə xidmət etməkdə davam edəcək. Martın 22-dən 26-dək bütün paytaxt filialları (“Əhmədli”, “Baksovet” və “Dərnəgül” filialları istisna olmaqla) saat 10.00-dan 14.00-dək müştərilərə xidmət göstərəcək. Hər kəs bayram tətili günlərində bankdan yalnız xırda istehlak kreditləri götürə və kredit ödənişlərini edə bilər. “Kəpəz” filialı istisna olmaqla, Unibankın bütün bölgə filialları da müştərilərinin üzünə açıq olacaq.

 

Novruz bayramı münasibətilə martın 12-dən aprelin 1-dək Unibankdan nağd kredit alan hər bir müştəriyə, Visa Alkart kredit kartı hədiyyə olunur. Bayram hədiyyəsi olan 500 AZN limitli bu kart pulsuz verilir və heç bir komisyon haqq ödənilmədən rəsmiləşdirilir. Kartdakı kredit vəsaitindən 35 gün müddətində, faiz ödəmədən istifadə etmək mümkündür.

 

Unibank-da arayışsız kreditlərin verilməsi ilə bağlı kampaniya davam edir. Bu kampaniya çərçivəsində iş yerindən arayış təqdim etmədən, yalnız şəxsiyyət vəsiqəsi ilə, bankın bütün paytaxt və rayon filiallarından 5000 manatadək kredit ala bilər. Bu kampaniya çərivəsində hər kəs 3-6 ay müddətinə 6 % endirimlə kredit götürə bilər. Unibankın nağd kreditlərində minimal əmək haqqına və paytaxt qeydiyyatına tələb yoxdur. Bank nağd kredit götürən hər bir müştərisi üçün maksimal yaş həddini də 65-dən 70-ə qaldırıb. Başqa banklara borcu olanlara da kredit verilir.

 

Müştərilərinə bütün həftəni xidmət etmək üçün Unibankın filialları, şənbə günlərini də tam iş qrafikinə keçib. Əlavə olaraq, müştərilərin rahatlığını təmin etmək məqsədilə Unidirect xidməti də fəaliyyət göstərir. Bu xidmətdən istifadə etmək üçün, müştərilər arzu etdikləri məbləğdə kreditin həcmini yazıb, öz elektron ünvanlarından (korporativ və ya şəxsi) [email protected] -a göndərməlidirlər.

 

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

 

Unibank – hər kəsin bankı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1308
avatar

Oxşar yazılar