UNEC mobil tətbiqetmə proqramını təqdim edir
02 iyun 2016 14:23 (UTC +04:00)

UNEC mobil tətbiqetmə proqramını təqdim edir

0

İqtisad Universitetinin (UNEC) rəsmi saytı unec.edu.az-ın mobil proqramının tətbiqinə başlanılıb.

 

Universitetin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mobil tətbiqetmə xəbər və elanlar, universitet, tələbə kabineti, müəllim kabineti, kitabxana, nəşrlər, radio və əlaqə bölümlərindən ibarətdir. Universitetin rəsmi saytı əsasında yaradılan mobil tətbiqetmə kompakt və sadələşdirilmiş formatda olduğundan istifadə qaydaları çox asandır. Bununla yanaşı, proqram daha sürətlə işləyərək, trafikdən az istifadə olunmasına və vaxta qənaət edilməsinə görə rəsmi saytın imkanlarından daha üstündür. Mobil tətbiqetmə xüsusi telefon formatında hazırlanıb. Məlumat nəzərdən keçirildikdə miqyasdan istifadə edərək müxtəlif istiqamətlərə sürüşdürmələrə ehtiyac qalmır.

Bundan başqa, proqramın daha bir üstünlüyü isə istifadəçilərə bildiriş göndərilməsidir. Mobil tətbiqetməyə daxil olmadıqda xəbər və elanlar barədə istifadəçiyə mütəmadi olaraq bildiriş göndərilir. Mobil tətbiqetmə vasitəsi ilə müəllim və tələbələr Elektron Universitet platformasına da daxil ola bilirlər.

Qeyd edək ki, azərbaycan, rus və ingilis dillərində istifadəyə verilən proqramda məlumatları Facebook, Twitter sosial şəbəkələrində paylaşmaq və Whatsapp vasitəsi ilə dostlara göndərmək mümkündür. Proqramı buradan yükləyə bilərsiniz.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 454

Oxşar yazılar