UNEC könüllüləri ilə görüş keçirilib
14 aprel 2017 16:30 (UTC +04:00)

UNEC könüllüləri ilə görüş keçirilib

IV İslam Həmrəylik Oyunları Əməliyyat Komitəsinin icraçı direktoru, “Bakı-2017”nin könüllülər üzrə səfiri Elçin Səfərov UNEC könüllüləri ilə görüşüb.

 

Universitetin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, UNEC-in tələbələrlə iş üzrə prorektoru Səadət Qəndilova ölkədə keçirilən Avropa Oyunları və Formula-1 yarışlarında UNEC könüllülərinin fəaliyyəti barədə məlumat verib. Bildirib ki, könüllülərimiz ünsiyyət qurma, yardımçı olma və qonaq qəbul etmə işlərində geniş təcrübə toplayıblar.

 

S.Qəndilova UNEC könüllülərinin bu nüfuzlu tədbirlərdə fəal iştiraka və əldə edilən sertifikat sayına görə ölkə universitetləri arasında birinci yerdə olduqlarını bildirib. O qazanılan təcrübənin IV İslam Həmrəylik Oyunlarında da tətbiq ediləcək, birinciliyi qoruyub saxlamağa imkan verəcəyinə əminlik ifadə edib.

 

IV İslam Həmrəylik Oyunları və əhəmiyyəti haqqında danışan Əməliyyat Komitəsinin icraçı direktoru Elçin Səfərov çıxışında oyunlar zamanı könüllülərin fəaliyyətinə xüsusi diqqət çəkib, onlar üçün bütün lazımi şəraitin yaradılacağını bildirib. O qeyd edib ki, tədbirin yüksək səviyyədə təşkil edilməsi hər kəsin borcudur.

E.Səfərovun sözlərinə görə, IV İslam Həmrəylik Oyunları həm də bir xalq olaraq qonaqpərvərliyimizi nümayiş etdirməyə və inkişafda olan ölkəmiz haqqında məlumatı əyani olaraq göstərmək imkanı verir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 218
avatar

Oxşar yazılar