UNEC-in 3 saylı korpusu yenidən inşa olunacaq
23 may 2018 13:53 (UTC +04:00)

UNEC-in 3 saylı korpusu yenidən inşa olunacaq

 
 
 
"UNEC-in Bakı şəhəri Murtuza Muxtarov küçəsi 194 ünvanında yerləşən 3 saylı tədris korpusunun yenidən inşası nəzərdə tutulur.
 
 
Mətbuatda yayılan yanlış informasiyaları nəzərə alaraq bildirmək istəyirik ki, XIX əsrə aid olduğu və Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi iddia edilən bina 1932-1934-cü illərdə inşa olunub. Uzun illər ərzində isə binada dəfələrlə tikinti işləri aparılaraq, müxtəlif dəyişikliklər edilib, köməkçi binalar tikilib".
 
 
Universitetdən Lent.az-a verilən xəbərə görə, UNEC-də həyata keçirilən bütün layihələr kimi, yeni tədris binasının layihələndirilməsi də tam qanunauyğun aparılır və bununla bağlı dövlət qurumlarına müayinə ilə bağlı müraciət edilib, müvafiq ekspertiza işləri aparılıb. Aşağıda göstərilən sənədlər də bunun sübutudur.
 
 
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 18 iyul 2017-ci il tarixli məktubunda tədris korpusu və koməkçi binaların Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə təsdiqlənmiş “Dünya və yerli əhəmiyyətli tarix və mədəniyyət abidələri” siyahısına daxil edilmədiyi bildirilir.
Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin 18 iyul 2017-ci il tarixli məktubunda bu binanın mədəniyyət abidələri siyahısına daxil edilmədiyi bildirilir.
 
 
Yuxarıda qeyd edilən sənədləri əsas götürərək, UNEC-də tədris binasının yenidən inşası barədə qərar qəbul edilib və hal-hazırda iş söküntü, bərpa və layihələndirmə mərhələsindədir.
 
 
UNEC olaraq bildirmək istəyirik ki, tariximizi sevir və onunla qürur duyuruq. Baxmayaraq ki, sözügedən tikili tarixi abidə sayılmır və rəsmi sənədlər də bunu sübut edir, UNEC müasir standartlara cavab verən yeni tədris binasını məhz köhnə tikilinin fasadının bərkitmə işləri apararaq saxlanılması şərtilə inşa edəcək. Bunu təqdim etdiyimiz binanın köhnə fotoşəkilləri və yeni layihənin görüntüləri də sübut edir.
 
 
Qeyd edək ki, UNEC-in tikintialtı sahəsi 2940 m2 olan 4 mərtəbəli, müasir standartlara cavab verən yeni tədris binası 3 min tələbənin təhsil alması üçün tədris laboratoriyaları, geniş auditoriyalar, linqafon kabinetləri, idman zalı və s. ilə təchiz olunacaq.
 
Mətbuatdan xahiş edirik,  KİV haqda qanuna və jurnalistikanın təməl prinsiplərinə hörmətlə yanaşaraq, hər hansı məlumatı yaymazdan öncə digər tərəfin də mövqeyini öyrənsinlər. 
 
 
 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 397
avatar

Oxşar yazılar