UNEC-də London Universitetinin bakalavr proqramının dərsləri başlayıb
17 sentyabr 2015 10:23 (UTC +04:00)

UNEC-də London Universitetinin bakalavr proqramının dərsləri başlayıb

0

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) London Universiteti / London İqtisadiyyat Məktəbinin (LSE) bakalavr proqramının dərsləri başlanıb. Universitetdən Lent.az-a verilən məlumata görə, UNEC-in rektoru, professor Ədalət Muradov gəncləri dünyanın ən qabaqcıl iqtisadiyyat yönümlü ali məktəbinin proqramı üzrə dərslərə başlamaqları münasibəti ilə təbrik edib. Bildirib ki, burada tələbələr London Universitetinin tədris proqramı əsasında təhsil almaqla yanaşı, həmçinin bu nüfuzlu təhsil ocağının tədris resurslarından da istifadə edə biləcək, London İqtisadiyyat Məktəbinin Londonda yerləşən kampusunda fəaliyyət göstərən Yay Məktəbinə qatılacaqlar.

 

Rektor qeyd edib ki, tələbələrin UNEC-lə bərabər, LSE-nin bakalavr diplomunu da əldə etmələri onları əmək bazarında rəqabətə davamlı kadra çevirəcək.

 

İlk dərsi London Universiteti / London İqtisadiyyat Məktəbinin (LSE) bakalavr proqramının UNEC-dəki tədris işləri üzrə direktoru Tayson Lemons keçib. T.Lemons tələbələrə LSE-də tədris prosesininin üstünlüklərində söz açıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 246

Oxşar yazılar