İqtisad Universitetində “Bilik Günü” keçirilib
15 sentyabr 2015 17:18 (UTC +04:00)

İqtisad Universitetində “Bilik Günü” keçirilib

Bu gün İqtisad Universitetində (UNEC) “Bilik Günü” münasibəti ilə tədbir keçirilib.

UNEC-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tədbirdə universitet rəhbərliyi yeni dərs ilinin başlanması münasibəti ilə tələbə və professor-müəllim heyətini təbrik edib.

Tədbirdə tələbələrə UNEC-də görülən işlər barədə, yeni dərs ilindən Universitetdə elektron universitet modelinin tətbiqinə başlanılması ilə bağlı ətraflı məlumat verilib.

Qeyd edək ki, yeni tədris ilində UNEC-ə 3200-dən artıq tələbə qəbul olunub ki, onların 103 nəfəri 600-dən yuxarı bal toplayıb. Ötən il 600-dən çox bal toplayan tələbələrin sayı 93 nəfər olub.

Ən yüksək bal (680) toplayan tələbə, prezident təqaüdçüsü Jalə Rəhimova Maliyyə fakültəsinə qəbul olunub. Ümumilkdə, yüksək bal toplayan tələbələrin 51 nəfəri UNEC-də yeni yaradılan Beynəlxalq İqtisadiyyat Məktəbində təhsil alacaq. 32 tələbə isə Maliyyə fakültəsini seçib.

Tədbirin sonunda tələbələrə tələbə biletləri təqdim edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 139
avatar

Oxşar yazılar