Türkiyənin daha 3 bölgəsindən Azərbaycana quş məhsullarının idxalı dayandırıldı
06 may 2015 18:55 (UTC +04:00)

Türkiyənin daha 3 bölgəsindən Azərbaycana quş məhsullarının idxalı dayandırıldı

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti Türkiyədə yayılan “quş qripi” xəstəliyi ilə əlaqədar daha bir qərar qəbul edib. DBNX-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, xidmət rəisi Sialə Rüstəmova Türkiyə ərazisində toyuqlar arasında yüksək patogenli “quş qripi”nin yayılması ilə əlaqədar dünən imzaladığı sərəncama əlavə və dəyişiklik haqqında yeni sərəncam imzalayıb. Sərəncama əsasən, Türkiyənin daha üç bölgəsində - İnebol, Qaraböyük və Qastamondə quş qripinin yayılması ilə əlaqədar həmin ərazilərdən diri quş, quş məhsullarının və eləcə də damazlıq yumurtaların idxalına müvəqqəti məhdudiyyət tətbiq edilib. Beləliklə, Türkiyə Respublikasının müvəqqəti məhdudiyyət tətbiq edilən bölgələrin (Balikəsir, Kutahya, Bursa, İzmit, Bandırma, Çanaqqala, Berqama, Akhisar, Manisa, İnebol, Qaraböyük və Qastamoni) sayı 12-yə çatıb.

 

 

Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, ölkəmizin quş qripi xəstəliyindən qorunması üçün bütün zəruri tədbirlər görülür və hazırda “quş qripi” xəstəliyinə görə respublikamızda epizootik vəziyyət sabitdir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 120
avatar

Oxşar yazılar