Türkiyəli media nümayəndələri Mətbuat Şurasında olublar
26 fevral 2016 16:16 (UTC +04:00)

Türkiyəli media nümayəndələri Mətbuat Şurasında olublar

0

Azərbaycanda səfərdə olan Türkiyənin TRT telekanalının təmsilçiləri - TRT AVAZ-ın baş koordinatoru Murad Akkoç və qurumun proqram rəhbəri Gökçən Oqan, həmçinin TRT-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Yıldıray Arslan Azərbaycan Mətbuat Şurasında olublar.

 

 

MŞ-ın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə Xocalı faciəsinin Azərbaycan və Türkiyə mediasında işıqlandırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

MŞ sədri Əflatun Amaşov bildirib ki, Xocalı faciəsinin bəşəri cinayət kimi dünya ictimaiyyətinə çatdırılması Azərbaycan və Türkiyə jurnalistlərinin əsas vəzifələrindəndir: «Bu faciə türk dünyasının faciəsidir. Ümumən isə bütövlükdə insanlıq əleyhinə olan vandalizm aktıdır. Hər iki ölkənin mediası məsələyə məhz bu aspektdən yanaşmaqla dünyada oxşar proseslərin gələcəkdə baş verməməsi üçün nələr edilməlidir, düşünməlidir. Buna görə də ancaq yorulmadan təbliğat aparmaq lazımdır. Erməni millətçiləri, separatçı dəstələri tarixin müxtəlif dövrlərində dinc türklərə qarşı soyqırımlar həyata keçiriblər. Təəssüf ki, dünyaya çatdırılan ermənilərin məzlum xalq görüntüsüdür”.

 

Qonaqlar Azərbaycana səfərdən məqsədin də məhz Xocalı həqiqətləri barədə süjet və reportajların hazırlanmasından ibarət olduğunu bildiriblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 330

Oxşar yazılar