Türkiyəli jurnalist Azərbaycandan xahiş etdi
27 may 2015 11:57 (UTC +04:00)

Türkiyəli jurnalist Azərbaycandan xahiş etdi

Millət vəkili Qənirə Paşayeva Türkiyədə jurnalistlər tərəfindən mükafatlandırılıb. Lent.az-ın məlumatına görə, Gap Gazeteciler Birliyi başqanı Zeynelabidin Kıymaz mükafatı və plaketi  təqdim edərkən bildirib ki, Q. Paşayeva hər zaman özünün fəaliyyətində, beynəlxalq arenalardakı çıxışlarında dünyanın müxtəlif bölgələrində haqları tapdalanan türklərin haqlarının müdafiəsi istiqamətində çalışır, onların problemlərini beynəlxalq tribunalardan səsləndirir  və eyni zamanda Xocalı Soyqırımı həqiqətlərinin dünyaya yayılması, qondarma erməni soyqırımı iddialarına qarşı mübarizə istiqamətində yorulmadan çalışır.

 

O, millət vəkilindən Azərbaycan dövlətinə Adıyaman bölgəsinin xahişini çatdırmasını da xahiş edib və bildirib ki, Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərində misilsiz rol oynamış Heydər Əliyevin adını daşıyan bir məktəbin istifadəyə verilməsi üçün Azərbaycan dövlətindən dəstək verilməsini xahiş edirlər.

 

Mükafat üçün təşəkkürünü bildirən millət vəkili "bugünkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq, güc birlikdədir və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı daha güclü mübarizə apara bilərik" deyib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 171
avatar

Oxşar yazılar