“Mövcud məlumatlara əsasən, Türkiyədə hərbi çevrilişə cəhd zamanı ölən və ya xəsarət alan vətəndaşlar arasında Azərbaycan vətəndaşı yoxdur". Bu barədə APA-ya Azərbaycanın Türkiyədəki səfirliyindən bildirilib.
Səfirlik Türkiyədəki Azərbaycan vətəndaşlarını daha diqqətli olmağa çağırıb: “Hazrıda yeganə tövsiyəmiz ondan ibarətdir ki, vəziyyət tam stabilləşənədək vətəndaşlarımız ictimai yerlərdə daha diqqətli olsunlar”.
Səfirliyin gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirdiyi qeyd edilib.