Son 10 ildə 15 min 588 azərbaycanlı Türkiyə vətəndaşlığını qəbul edib.
Lent. az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bunu bu gün Türkiyənin daxili işlər naziri Muammer Güler söyləyib.
CHP millət vəkili Muharrem İşıkın sorğusunu cavablandıran Muammer Güler deyib ki, son 10 ildə 44 min 40 Bolqarıstan, 7 min 518 Rusiya, 6 min 723 Şimali Kipr Türk Cümhuriyyəti, 6 min 335 Əfqanıstan, 3 min 700 Suriya vətəndaşı Türkiyə vətəndaşlığını qəbul edib. Son 10 ildə 8 min 244 nəfər Türkiyə vətəndaşlığından çıxarılıb, 327 min 946 nəfər isə özü Türkiyə vətəndaşlığından çıxıb.