Türkiyə Suriya ərazisini bombaladı
18 yanvar 2016 17:09 (UTC +04:00)

Türkiyə Suriya ərazisini bombaladı

Türkiyənin Suriya ilə həmsərhəd Kilis şəhərindəki orta məktəbə İŞİD tərəfindən zərbə endirildiyi bəlli olub.

 

APA TV-nin Türkiyə saytlarına istinadən verdiyi xəbərə görə, Türkiyə təhlükəsizlik qüvvələri Suriya ərazisindəki İŞİD mövqelərini xüsusi radarla müəyyənləşdirərək həmin koordinata cavab zərbələri endiriblər.

 

Məktəbə düşən raketlərin "Qrad" qurğusundan atıldığı bildirilir.

 

Qeyd edək ki, Suriya istiqamətindən atılan 3 raketin partlaması nəticəsində 1 nəfər ölüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 284
avatar

Oxşar yazılar