Türkdilli ölkələrin Gənclər Festivalı Azərbaycanda keçirilə bilər
03 mart 2016 10:56 (UTC +04:00)

Türkdilli ölkələrin Gənclər Festivalı Azərbaycanda keçirilə bilər

 

Gənclər və idman naziri Azad Rəhimov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) gənclər və idman məsələlərinə məsul nazirlərin 1-ci iclasında iştirak etmək məqsədi ilə İstanbul şəhərinə yola düşüb.  

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, martın 4-də keçiriləcək iclas Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə arasında 2009-cu ildə keçirilən Türkdilli Ölkələrin Dövlət Başçılarının Zirvə Toplantısında imzalanmış Naxçıvan Sazişi çərçivəsində təsis edilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası), konkret layihələr vasitəsilə Türkdilli ölkələr və xalqları arasında əhatəli əməkdaşlığı inkişaf etdirməyi nəzərdə tutur.

 

İclas zamanı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlər arasında keçiriləcək 2-ci Dünya Köçəri Oyunları, Türkdilli Dövlətlərin Universitet İdman Oyunları (Türk Universiadası), Gənclər Festivalı, Gənclər düşərgəsi və s. tədbirlərin müzakirəsi nəzərdə tutulub.

 

İclasda 2016-cı ildə Gənclər Festivalının, 2017-ci ildə  Türk Şurası gənclər və idman məsələlərinə məsul nazirlərin 2-ci iclasının və 2018-ci ildə Türkdilli Dövlətlərin Universitet İdman Oyunlarının (Türk Universiadası) Azərbaycanda  təşkili məsələlərinə də baxılacaq.

 

Qeyd edək ki, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının fəaliyyəti çərçivəsində nazir Azad Rəhimovun çıxışı  nəzərdə tutulub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 209
avatar

Oxşar yazılar