Turizm və media mövzusunda konfrans keçirilib
11 iyul 2016 14:07 (UTC +04:00)

Turizm və media mövzusunda konfrans keçirilib

 

Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Mətbuat Şurası “Turizm və media: inkişafa aparan yolda birgə fəaliyyət” mövzusunda konfrans keçirib.

 

APA-nın məlumatına görə, tədbirdə “Azərbaycan turizmi: mövcud vəziyyət və perspektiv imkanların dəyərləndirilməsi zərurəti” mövzusundakı müsabiqənin qalibləri də mükafatlandırılıb.

 

Konfransda medianın turizm mövzusunu işıqlandırması, mövcud sahədə nəzərə çarpan tendensiya və çatışmazlıqlar, məsələlərə birgə baxış yolları müzakirə edilib. Nazir Əbülfəs Qarayev medianın turizm sahəsinə həssas və diqqətlər yanaşmasının vacibliyini vurğulayıb, bu sahədə əldə olunan uğurları konfrans iştirakçıları ilə bölüşüb.

 

Mətbuat Şurasının sədri Əflatun Amaşov, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Şurasının sədri Vüqar Səfərli, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid təşkil olunan müsabiqələrin turizmin inkişafına, mətbuat və turizm sahəsinin əlaqələrinin daha da genişləndirilməsinə töhfə verəcəyini bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 297
avatar

APA Baycan

Oxşar yazılar