Turala kömək olaq!
01 avqust 2016 17:30 (UTC +04:00)

Turala kömək olaq!

20 ildən çoxdur ki, SMA (Spinal muscular atrophy) diaqnozu ilə yaşayıram. Xəstələyin verdiyi fəsadlardan biri də onurğamın əyilməsi olubdur. Müəyyən vasitələrdən istifadə etsəm də heç bir nəticəsi olmamışdır. Bu günlərdə sinəmdə başlayan ağrılar nəticəsində həkimə müraciət etdim, müayinələrdən sonra həkim bildirdi ki, gecişdirmə olmadan təcili əməliyyat olunmalıyam.
 
Həkim, bildirdi ki, çanaqlar və onurğamın digər bu tip xəstəliklərdən əziyyət çəkənlərdən yaxşıdır və gecişdirmə olduğu təqdirdə vəziyyət yaxşı olmayacaq. Yəni, digər bədən üzvlərində də öz fəsadlarını yaradacaq. Onurğamın düzəldilməsi üçün əməliyyat zamanı istifadə olunacaq implantlar xaricdən gəlir və bunun qiyməti 22000 Amerika dollarıdır.
 
Gələn və edilən müəyyən dəstəklər nəticəsində məbləğ 15000 olubdur. Əməliyyat avqust ayının sonu olacaq. Əməliyyatda amerikadan gələcək iki mütəxəssis də iştirak edəcəklər. Və həkim əməliyyatın daha yaxşı olacağını bildirdi. Lütfən yazdıqlarımı nəzərə alaraq yardım etməyinizi rica və xahiş edirəm. Heç olmasa gücü yetən 150 nəfər 100 dollardan yardım edə bilsə düzələr. Lütfən yazdıqlarımı diqqətə alaraq dəstəyinizi əsirgəməyin.
 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 253
avatar

Oxşar yazılar