TQDK növbəti SAT imtahanı keçirib
26 yanvar 2016 15:49 (UTC +04:00)

TQDK növbəti SAT imtahanı keçirib

 

Yanvarın 23-də TQDK növbəti SAT imtahanı keçirib. 

 

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 31 nəfərdən 4-ü imtahana gəlməyib. 1 nəfər imtahan qaydalarına riayət etmədiyinə görə imtahan zalından  uzaqlaşdırılıb. İmtahanın nəticələri fevral ayının 11-də elan olunacaq.

Qeyd edək ki, növbəti SAT imtahanı may ayının 7-də keçiriləcək. Bu imtahanda iştirak etmək istəyənlərin qeydiyyatı artıq başlayıb və aprel ayının 8-i saat 09:00-dək davam edəcək. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 223
avatar

Oxşar yazılar