TQDK 2013-2014-cü tədris ili üçün orta ixtisas (9illik) təhsili müəssisələrinin boş qalan plan yerlərinə keçirilmiş müsabiqənin nəticələrini elan edib. Bu barədə Lent.az-a TQDK-nın mətbuat xidmətindən məlumat verilib.
Nəticələr sentyabrın 13-də saat 16:15-dan etibarən TQDK-nın rəsmi internet səhifəsində yerləşdirilib.
Boş qalan 2135 plan yerinin müsabiqəsində iştirak etmək üçün 6567 abituriyent ərizə təqdim edib. Onlardan 1884 abituriyent orta ixtisas təhsili müəssisələrinə qəbul olub. Qəbul olanlar sentyabrın 16-dan sentyabrın 19-dək (saat 9:00-dan 17:00-dək) sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas məktəbinə göndərilməyəcək.