TQDK Elnur Nağızadə ilə bağlı iddialara cavab verdi
03 fevral 2016 18:27 (UTC +04:00)

TQDK Elnur Nağızadə ilə bağlı iddialara cavab verdi

0

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Komissiyanın keçmiş mətbuat katibi Elnur Nağızadənin 150 min dollarlıq dələduzluqda ittiham olunması ilə bağlı ittihamlara münasibət bildirib. Komissiyanın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mətbuat xidmətinin keçmiş əməkdaşı Elnur Nağızadə noyabr ayında əmək məzuniyyətinə çıxması və məzuniyyətdən sonra ailə vəziyyəti ilə əlaqədar işdən azad olunması ilə bağlı ərizə ilə müraciət edib: “Bununla əlaqədar  noyabr-dekabr aylarında növbəti əmək məzuniyyətində olub və məzuniyyətdən qayıtdıqdan sonra  dekabr ayının ortalarında işdən azad olunub.  

Elnur Nağızadə haqqında səslənən iddialar hüquq-mühafizə orqanları tərəfindən araşdırılmalıdır”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 655

Oxşar yazılar