Tələbə Qəbulu üzrə Dövlət Komissiyası pedaqoji ictimaiyyət, valideyn və şagirdlərə müraciət edib. Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, mayın 10-da, TQDK-da keçiriləcək elmi-metodiki seminarda respublikanın ümumtəhsil məktəblərinin 7-ci sinifləri üçün “Coğrafiya” dərsliyinin müzakirəsi olacaq. Seminar iclası Komissiyanın internet saytında canlı yayımlanacaq.
Bundan sonra həmin gün TQDK-da keçiriləcək elmi-metodiki seminarda respublikanın ümumtəhsil məktəblərinin 8-ci sinifləri üçün “Həndəsə” dərsliyi də müzakirə ediləcək.
Qeyd edək ki, seminar iclası Komissiyanın internet saytında canlı yayımlanacaq.