"Sson günlər “Facebook” sosial şəbəkəsində Dövlət İmtahan Mərkəzinin rəsmi icazəsi olmadan bir neçə səhifə və qrup yaradılıb".
TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, aparılan araşdırmalar zamanı bu səhifələrdə imtahanlarla bağlı, qəbul kampaniyasının gedişi, eləcə də yeni qurumun fəaliyyətinə dair təhrif olunmuş məlumatlar yerləşdirildiyi məlum olub.
TQDK ictimaiyyətin nəzərinə çatdırır ki, bu səhifələrdən heç biri Dövlət İmtahan Mərkəzinin rəsmi “Facebook” səhifəsi deyil: "Yaxın günlərdə qurumun rəsmi “Facebook” səhifəsi istifadəyə veriləcək və bununla bağlı əlavə məlumat saytımızda yerləşdiriləcək. Dövlət İmtahan Mərkəzi adından yaradılmış saxta “Facebook” səhifələrindən istifadə etməmək xahiş olunur".