Tibbdə inqilabi kəşfə imza atılıb.
Lent.az-ın “anspress.com”-a istinadən məlumatına görə, Kanada kimyaçıları bütün qruplardan olan qanı köçürməyə yararlı edən ferment yaradıblar. Alimlər bildiriblər ki, bu fermentin köməyi ilə ikinci və üçüncü qruplardakı eritrositlərin antigenlərini kəsmək və onları birinci qrupa oxşatmaq mümkün olacaq. Məlum olduğu kimi, birinci qrupdan olan qanı, demək olar, hamıya köçürmək olar.
Qanın çox adları var, lakin tibb işçiləri onu “həyat çayı” adlandırırlar, çünki qansız həyat yoxdur. İnsan çoxlu qan itirməkdən ölür. Hətta qədim vaxtlarda insanlar cəsarətli, dözümlü və güclü olmaq üçün qan içirmişlər.
Artıq XXI əsr olsa da, müasir təbabət hələ də qandan istifadə etmədən keçinə bilmir. Bu zaman çoxlu problem üzə çıxır, çünki hər bir insanın öz qan qrupu var və tələb olunan qan qrupu köçürülməlidir. Kanadalı kimyaçılar bu problemin həllini tapıblar, onların hazırladığı xüsusi ferment sayəsində “qan qrupu” problemindən yaxa qurtarmaq mümkündür.
Rəsmi məlumatlara görə, dünya əhalisinin təqribən 80 faizinin qan qrupu birinci və ikinci, 15 faizininki üçüncü, 5 faizinki dördüncü qan qrupudur.