<span style="color:red;">General-mayor : “Ən mürəkkəb əməliyyatların öhdəsindən bacarıqla gəlirlər”
13 aprel 2016 12:18 (UTC +04:00)

General-mayor: “Ən mürəkkəb əməliyyatların öhdəsindən bacarıqla gəlirlər”

 

“Səyyar hospitalda əməliyyatlar çox səmərəli və dəqiq aparılır”.

Lent.az-ın məlumatına görə, bunu Müdafiə Nazirliyinin (MN) Tibb Baş İdarəsinin rəisi, tibb xidməti general-mayoru Natiq Əliyev “Azərbaycan ordusu” qəzetinə müsahibəsində deyib.

O qeyd edib ki, səyyar hospitalda yaralılara ən yüksək səviyyədə tibbi xidmət göstərilir: “Bizim məqsədimiz döyüşlər zamanı yaralanmış hərbçilərin həyatını xilas etməkdir. Biz məqsədimizə nail oluruq. Həkimlərimiz ən mürəkkəb əməliyyatların öhdəsindən bacarıqla gəlirlər”.

N. Əliyev bildirib ki,  sutkanın istənilən vaxtı səyyar hospitalın tibb heyəti yaralıları qəbul etməyə hazırdır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 315
avatar

Oxşar yazılar