Təşviqat qatarı Şirvanda
24 aprel 2013 18:41 (UTC +04:00)

Təşviqat qatarı Şirvanda

0

Bu gün Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar göndərilən təşviqat qatarı Şirvan stansiyasına çatıb.

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Lent.az-a verdiyi məlumata görə, təşviqat qatarını qarşılamağa rayon ictimaiyyətinin, Cənub istiqamətində yerləşən dəmir yolu müəssisələrinin və kütləvi informasiya vasitələrinin nümayəndələri gəliblər. Şirvan stansiyasında açıq havada keçirilən tədbiri giriş sözü ilə açan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Qurban Nəzirov deyib ki, Heydər Əliyevin 90 illik yubileyinin keçirilməsi ölkəmizin həyatında əlamətdar hadisədir və yubiley tədbirləri təkcə ölkəmizdə deyil, Azərbaycanın haqq səsinin eşidildiyi hər yerdə keçirilir. Onun sözlərinə görə, 1980-ci ildə Heydər Əliyevin şəxsi təklifi nəticəsində Şirvan çeşidləmə stansiyasının tikilib və  uzunluğu 160 km olan Yevlax-Balakən dəmir yolu xətti çəkilib. Həmin xəttin çəkilişi zamanı burada yeni stansiyalar, yaşayış evləri, uşaq bağçaları, məktəblər tikilib və 1985-ci ildə istifadəyə verilib. Məhz bunun nəticəsində həmin dövrlərdə dəmir yolu yük daşımalarının həcmi 80-90 milyon tona çatıb. Heydər Əliyev rəhbərliyi ilə yaradılmış nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi və modernləşdirilməsi prosesi  hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən daha intensiv şəkildə aparılır, ölkəmiz Bakı-Tbilisi-Qars və Şimal-Cənub beynəlxalq və regional nəqliyyat dəhlizlərinin reallaşması prosesində yaxından iştirak edir.

 

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin kadrlar şöbəsinin rəisi, Yeni Azərbaycan Partiyası ərazi ilk partiya təşkilatının sədri Xeyrulla Hümbətov, Yük daşımaları Departamentinin Cənub istiqaməti üzrə bölmə rəisi Əli Məmmədov, “Azərbaycan dəmiryolçusu” qəzetinin redaktoru Vasif Süleymanov və Şirvan Rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalov  çıxış edərək Heydər Əliyevin həyat və fəaliyyətindən danışıblar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1019

Oxşar yazılar