Tempratur 33 dərəcəyə qalxacaq
08 iyun 2013 13:00 (UTC +04:00)

Tempratur 33 dərəcəyə qalxacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti sabah gözlənilən hava proqnozunu açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iyunun 8-də Bakıda və Abşeron yarımadasında  hava şəraitinin dəyişkən buludlu, gün ərzində əsasən yağmursuz olacağı gözlənilir.

Şimal-şərq külək əsəcək. Havanın temperaturunun gecə 19-21 dərəcə, gündüz 28-30  dərəcə isti olacağı gözlənilir.  Dəniz suyunun temperaturu 18-21 dərəcəyə çatacaq.

Azərbaycanın rayonlarına gəlincə, iyunun 8-də bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir. Şərq küləyi əsəcək.  Havanın temperaturu gecə 15-20 dərəcə, gündüz 28-33 - dərəcə, dağlarda gecə 6-11 dərəcə, gündüz 20-25 isti dərəcə olacaq. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1703
avatar

Oxşar yazılar