Temperatur 40 dərəcəyə yaxınlaşır: <span style="color:red;">38 dərəcə
19 iyun 2015 12:50 (UTC +04:00)

Temperatur 40 dərəcəyə yaxınlaşır: 38 dərəcə

 

İyunun 20-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, sabah ölkə ərazisində cənub-şərq küləyi əsəcək.       

 

Havanın temperaturunun gecə 18-23 dərəcə, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir.

 

Sabah Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi dağlıq rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu Aran rayonlarında gecə 19-24, gündüz 33-38 dərəcə, dağlıq rayonlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 314

Oxşar yazılar