Temperatur 32 dərəcəyə qalxacaq
16 sentyabr 2013 12:35 (UTC +04:00)

Temperatur 32 dərəcəyə qalxacaq

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti sentyabrın 17-nə gözlənilən hava proqnozunu açıqlayıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədovanın  Lent.az-a verilən  məlumata görə, sentyabrın 17-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz  keçəcəyi gözlənilir.

 

Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturun gecə 18-21 dərəcə,  gündüz 25-30  dərəcə isti olacaq.

 

Azərbaycanın rayonlarına gəlincə, sentyabrın 17-də hava əsasən yağmursuz keçəcək, ayrı-ayrı yerlərdə duman  olacaq. Şərq küləyi əsəcək. Aran rayonlarında gecə 17-21 dərəcə, gündüz 27-32 dərəcə isti, dağlarda gecə 9-14 dərəcə, gündüz 20-24 dərəcə isti gözlənilir.

 

Yaxın iki gün ərzində Abşeron yarımadasında atmosfer təzyiqinin normadan aşağı olması və havada rütubətliliyin nisbətən çoxluğu bəzi meteohəssas insanlarda diskomfort hissi yarada bilər.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 619
avatar

Oxşar yazılar