Yasamal rayonu Bəxtiyar Vahabzadə küçəsində də aparılan əsaslı təmir-tikinti işləri yekunlaşmaq üzrədir.
"Azəryolservis" ASC-nın mətbuat xidmətindən Lent.z-a verilən məlumata görə, Bəxtiyar Vahabzadə küçəsinin İnşaatçılar prospekti ilə kəsişməsindən Hüseyn Cavid prospekti ilə kəsişməsinədək olan yolda aparılan yeni asfalt-beton örtüyünün üst, aşınma qatının döşənməsi işləri də yekunlaşmaq üzrədir.
İşlərin bu gün yekunlaşdırılması planlaşdırılır. Sabahdan etibarən isə Bəxtiyar Vahabzadə küçəsinin İnşaatçılar prospekti ilə kəsişməsindən Hüseyn Cavid prospekti ilə kəsişməsinədək olan hissəsi tam olaraq sürücülərin ixtiyarına veriləcək.