Növbəti ildə təhsil xərcləri üçün dövlət büdcəsindən 1713,5 mln. manat ayrılıb.
Lent.az-ın məlumatına görə, həmin xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 10,5 % təşkil edəcək ki, bu da 2015-ci illə müqayisədə 2,4 % çoxdur.
Təhsil xərcləri üçün ayrılmış vəsaitin 940,1 mln. manatı və yaxud 54,9 %-i təhsil xərclərinin, 497,9 mln. manatı və yaxud 29,0 % i təhsil sahəsində digər müəssisə və tədbirlərin ( dövlət sifarişli ali təhsil maliyyələşdirilməsi, bakalavriat və magistratura pillələri üzrə xərclər və bir sıra dövlət proqramları və tədbirlərin maliyyə təminatı və.s ) , 157.4 mln. manatı və yaxud 9,2 % -i məktəbəqədər təhsil xərclərinin, 37,2 mln. manatı və yaxud 2,2 %-i ali təhsil xərclərinin, 43,6 mln. manatı və yaxud 2.5 %-i orta ixtisas təhsili xərclərinin, 33,7 mln. manatı və yaxud 2,0 %-i ilk peşə ixtisas təhsilinin, 3.6 mln. manatı və yaxud 0,2 %-i əlavə təhsilin maliyyələşməsinə yönəldiləcək.
Ölkənin bəzi şəhər və rayonlarında yeni tikilib istifadəyə verilmiş məktəb və məktəbəqədər təhsil müəssisələrinin fəaliyyəti ilə ağlı olunan zəruri xərclər üçün 2016-cı il dövlət büdcəsinin layihəsində müvafiq məbləğdə vəsait proqnozlaşdırılıb.
2016-cı ili dövlət büdcəsində təhsil xərcləri üçün ayrılan vəsaitin 255,9 mln. manatı bir sıra dövlət proqramlarının və tədbirlərin maliyyələşdirilməsinə, o cümlədən ölkənin ali təhsil müəssisələrində kadr hazırlığının dövlət sifarişli əsasında və adambaşına maliyyələşmə prinsipi ilə həyata keçirilməsi və təhsil sahəsində islahatlarla bağlı xərclər üçün 207,4 mln. manat, təhsil sisteminin informasiyalaşdırılması ilə bağlı xərclər üçün 18,8 mln. manat, ümumtəhsil məktəblərində oxuyan şagirdlərin pulsuz dərsliklərlə təmin olunması xərcləri üçün 8,5 mln. manat, təhsil müəssisələrinin yenidən qurulması və əsaslı təmiri üçün 7,5 mln. manat , ümumtəhsil məktəblərinə tədris laboratoriya ( fiziki, kimya, biologiya ) avadanlıqlarının alınması xərcləri üçün 4,5 mln. manat, “ SOS Uşaq Kəndləri- Azərbaycan” Assosiasiyası üzrə tədbirlərin maliyyələşdirilməsi üçün 1,2 mln. manat, gənc istedadlar üçün xüsusi təqaüdlərin ödənilməsi ilə bağlı xərclər üçün 0,3 mın. Manat, təhsil müəssisələrinin maddi-texniki təminatının möhkəmləndirilməsi üçü 4,0 mln. manat vəsait və digər təhsil tədbirlərinin həyata keçirilməsi üçün 3,5 mln. manat vəsait proqnozlaşdırılır.