Təhsil Nazirliyində Bayram Hüseynzadə müəmması
13 sentyabr 2013 13:25 (UTC +04:00)

Təhsil Nazirliyində Bayram Hüseynzadə müəmması

Təhsil Nazirliyində uzun illər ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışmış Bayram Hüseynzadə vəzifəsindən azad edilib. Lent.az-ın məlumatına görə, bir müddət öncə nazirlikdə aparılmış struktur islahatlarına əsasən, ümumi şöbə ilə ictimaiyyətlə əlaqələr şöbəsi ləğv edilib və əvəzində informasiya şöbəsi yaradılıb. Əldə etdiyimiz məlumata görə, Mikayıl Cabbarov nazir təyin olunduqdan sonra, ümumi şöbəyə müdir təyin etdiyi Elnur Əliyev yeni yaradılmış İnformasiya şöbəsinə rəhbər gətirilib.

 

Təhsil Nazirliyi isə xəbəri nə təsdiq, nə də təkzib edib.

 

Qeyd edək ki, nazir M. Cabbarovun bu gün ümumtəhsil müəssisələrinin ilk dərs məşğələsi haqqında imzaladığı əmrdə qeyd olunur ki, informasiya şöbəsi (Elnur Əliyev) əmrin “Azərbaycan müəllimi” qəzetində dərc olunmasını təmin etməlidir.

 

Xatırladaq ki, B, Hüseynzadə həm də “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru olub. Bundan öncə imzalanan əmrlərin “Azərbaycan müəllimi” qəzetində dərc olunması B. Hüseynzadəyə tapşırılırdı.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1934
avatar

Oxşar yazılar