Təhsil Nazirliyinin sosial şəbəkələrində rəsmi səhifələri yaradılıb. Bu barədə Lent.az-a nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Nazirliyin fəaliyyəti ilə bağlı yeni məlumatları istifadəçilər http://www.facebook.com/tehsil.gov.az və https://twitter.com/tehsilgovaz səhifələrindən də əldə edə bilərlər. Yalnız yuxarıda qeyd olunan ünvanlar Təhsil Nazirliyinin sosial şəbəkələrdəki rəsmi səhifələridir. Təhsil Nazirliyinin rəsmi Facebook səhifəsində Nazirliyin rəhbər şəxsləri tərəfindən ayda bir dəfə vətəndaşların təhsillə bağlı suallarının cavablandırılması nəzərdə tutulur. Vətəndaşlardan xahiş olunur ki, təhsil sahəsi ilə bağlı sualları ilk növbədə Nazirliyin rəsmi elektron poçt ünvanlarına [email protected], [email protected]) göndərsinlər.
Qeyd edək ki, Təhsil Nazirliyinin rəsmi internet saytında Nazirliyin Facebook və Twitter sosial şəbəkələrindəki rəsmi səhifələrinə keçidlər yerləşdirilib.