Təhsil nazirindən məktəblərin mühafizəsi ilə bağlı təklif
16 sentyabr 2013 12:08 (UTC +04:00)

Təhsil nazirindən məktəblərin mühafizəsi ilə bağlı təklif

Təhsil naziri Mikayıl Cabbarov maraqlı təkliflə çıxış edib.

 

Lent.az-ın “Azərbaycan” qəzetinə istinadən verdiyi məlumata görə, təhsil naziri bu gün məktəblərin mühafizəsi üçün maliyyə vəsaiti ayrılmadığını söyləyib.

 

Mikayıl Cabbarov deyib ki, valideyn komitələri bu istiqamətdə də fəaliyyət göstərə bilərlər: “Təbii ki, könüllü şəkildə həyata keçirilən təşəbbüslər olarsa. Vətəndaş cəmiyyətinin və valideynlərin məktəbin həyatında iştirakı prosesini biz məhdudlaşdırmaq niyyətində deyilik. Amma bu yanaşmadan heç bir şəkildə sui-istifadə etmək yolverilməzdir. Yəni biz bu məsələlərdə də tam şəffaflığın tərəfdarıyıq. Valideynlərin məktəb həyatında, təhsil ocaqlarının idarəolunması prosesində iştirakı artmalıdır. Valideyn komitələri təhsil müəssisələri ilə valideynlər arasında əsas körpüyə çevrilməlidir. Bir neçə müstəqil valideyn komitəsinin fəaliyyət göstərdiyi məktəblərin direktoru ilə görüşlərimiz zamanı məlum oldu ki, həmin məktəblərdə müstəqil valideyn komitələrinin işi daha şəffaf və səmərəli şəkildə təşkil olunub. Valideyn komitələrinin gördüyü işlərin şəffaf hesabatları hazırlanmalı və məktəblərdə xüsusi guşədə asılmalıdır. Məktəb direktorları və müəllimlər valideyn komitələrinin maliyyə məsələlərinə müdaxilə edə bilməzlər. Valideyn komitələrini valideynlər özləri müstəqil şəkildə idarə etməlidirlər. Valideyn komitələrinin fəaliyyətindən heç bir halda sui-istifadə halları olmamalıdır. Valideynlər biləndə ki onların məktəbə könüllü yardımı övladı üçün daha yaxşı tədris şəraitinin yaradılmasına sərf edilir, o zaman məktəblə daha yaxın təmasda olmağa səy göstərirlər”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 639
avatar

Oxşar yazılar