Mikayıl Cabbarov xaricdə təhsil alacaq tələbələrlə görüşüb
08 iyul 2015 18:26 (UTC +04:00)

Mikayıl Cabbarov xaricdə təhsil alacaq tələbələrlə görüşüb

Təhsil naziri Mikayıl Cabbarov "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil almaq üçün Prezident yanında Təhsil üzrə Komissiya tərəfindən 2015/2016-cı tədris ilində təsdiq olunmuş ilk tələbələrlə görüşüb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüş zamanı nazir tələbələri təbrik edərək onlara təhsillərində uğurlar arzulayıb və dövlətimizin gənclərə göstərdiyi etimadı doğruldacaqlarına ümidvar olduğunu bildirib. Azərbaycan gənclərinin dünyanın ən aparıcı ali məktəblərində təhsil almasının əhəmiyyətinə toxunan nazir onların ölkəmizin dinamik inkişaf prosesinə layiqli töhfələr verəcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, Təhsil üzrə Komissiya tərəfindən namizədliyi təsdiq olunan tələbələrin ilk qrupu təhsilini Böyük Britaniya, Türkiyə, ABŞ və Almaniyada bakalavriat, magistratura, rezidentura və fəlsəfə doktoru səviyyələrində davam etdirəcəklər. B

Xaricdə təhsil üzrə Dövlət Proqramına 2015/2016-cı tədris ili üçün sənəd qəbulu 15 aprel – 15 iyul tarixlərini əhatə edir. Sənəd qəbulu prosesi və müsahibələr hazırda davam edir. Ötən il olduğu kimi, müsahibələrdə Təhsil Nazirliyinin əməkdaşları ilə yanaşı digər dövlət qurumları və ali təhsil müəssisələrinin nümayəndələri iştirak edirlər. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 157
avatar

Oxşar yazılar