"Beynəlxalq olimpiadalara hazırlıq güclənəcək" - <span style="color:red;">Nazir
02 fevral 2016 18:28 (UTC +04:00)

"Beynəlxalq olimpiadalara hazırlıq güclənəcək" - Nazir

0

 

 Təhsil naziri Mikayıl Cabbarov Gənclər Günü münasibətilə beynəlxalq fənn olimpiadalarının qalibləri ilə görüşüb.

Təhsil Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, nazir beynəlxalq fənn olimpiadalarının qaliblərini təbrik edib, onlara daha böyük nailiyyətlər arzulayıb. Nazir fənn olimpiadalarının ölkə üçün əhəmiyyəti, gələcək elmi potensialın inkişafı, elm və innovasiyanın tətbiqi, ölkənin beynəlxalq aləmdə tanınması, gənc alimlərin yetişməsi baxımından əhəmiyyəti haqqında fikirlərini bildirib.

 

Təhsil naziri 2014-cü ildən respublika fənn olimpiadalarında şəffaflıq və ədalət prinsiplərinə əməl olunması istiqamətdəki yeni yanaşmaların kütləviliyin artmasına təkan verdiyini nəzərə çatdırıb. Təsadüfi deyil ki, 2015-ci ildə Respublika fənn olimpiadalarında 22 000 şagird iştirak etmişdisə, 2016-cı ildə bu rəqəm 27 000-ə yüksəlib.

 

Qazanılan uğurların ilbəil artdığını söyləyən nazir bildirib ki,  riyaziyyat olimpiadasında 106 ölkə arasında 48-ci yeri tutmaq, Asiya Fizika olimpiadasında və beynəlxalq Biologiya olimpiadasında uzun fasilədən sonra yenidən medal qazanmaq sevindirici haldır. Bu il də bu uğurlar davam etdirilməkdədir. Gənclərin elm olimpiadasında 2 gümüş və 3 bürünc, Qazaxıstanda keçirilmiş Jautıkov olimpiadasında 7 medalın qazanılması ölkəmiz üçün yaxşı nəticədir.

 

Beynəlxalq olimpiadalara hazırlıq işinin genişləndiriləcəyini bildirən nazir gələcəkdə daha çox  medalların qazanılmasının hədəfləndiyini qeyd edib.

 

Görüşdə bildirilib ki, Təhsil Nazirliyinin bu istiqamətdə  gördüyü işlər çərçivəsində beynəlxalq olimpiadalara hazırlıq üzrə 3 mərkəz yaradılıb, şagirdlərin hazırlanmasına daha müfəssəl yanaşma ortaya qoyulub, ən yaxşı müəllimlər bu işə cəlb edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 549

Oxşar yazılar