Təhsil naziri islahatlardan danışdı
20 iyun 2013 11:02 (UTC +04:00)

Təhsil naziri islahatlardan danışdı


ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi (AAA), Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi (CİE) və Azərbaycan Dillər Univeristetinin (ADU) təşkilatçılığı ilə Məzunların II Təhsil Forumu keçirilib. Lent.az-ın məlumatına görə, foruma 24 abstrakt tədqiqat təklifi təqdim olunub, yalnız 10 tədqiqat işinin davam etdirilməsi dəstəklənib.

Təhsil naziri Mikayıl Cabbarov çıxış edərək bildirib ki, Forumun keçirilməsi davamlı şəkildə həyata keçirilməlidir və təhsilin inkişafı üçün çox böyük töhfədir: “Təhsil sahəsində islahatları qısa zamanda həyata keçirmək mümkün deyil. İslahatların nəticəsi 20 ildən sonra görüləcək. İslahatlar uzun müddətli bir prosesdir. İslahat prosesinə inkluziv təhsil və xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili də daxildir.”

Sonra Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadənin forum iştirakçılarına ünvanladığı məktub oxunub.

Qeyd edək ki, Məzunların II Təhsil Forumunun nəticəsi olaraq təhsil sahəsində problemlərin, təklif olunan həll yollarının müzakirələrinin müntəzəm davam etdirilməsi, tədqiqat və sübutlara əsaslanan təhsil siyasətində prioritet hesab olunan məsələlərin araşdırılması tövsiyyə olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1430

Oxşar yazılar