Mikayıl Cabbarovdan<span style="color:red;"> BAŞSAĞLIĞI
21 may 2015 15:49 (UTC +04:00)

Mikayıl Cabbarovdan BAŞSAĞLIĞI

Təhsil naziri Mikayıl Cabbarov özünün rəsmi facebook səhifəsində Binəqədi rayonunda baş verən yanğınla bağlı başsağlığı verib.  

 

Lent.az-ın məlumatına görə, təhsil naziri bu faciəli hadisə nəticəsində həyatını, yaxınlarını itirən həmvətənlərimizin dərdinə şərik olduğunu qeyd edib: "Hadisə zamanı doğması ilə birlikdə həyatını itirmiş Bakı Dövlət Universiteti Ekologiya və Torpaqşünaslıq fakültəsinin III kurs tələbəsi və 283 nömrəli məktəbin X sinif şagirdi Ülkər və Davud Eyvazovların qohumlarına dərin hüznlə başsağlığı verirəm! Növbəti dərs ilində məktəbə qədəm qoyacaq və hazırda xəstəxanada müalicə alan Leyla Yəhyayevaya can sağlığı və tezliklə əzizlərinə qovuşmağı arzu edirəm. Dünyasını dəyişənlərə Ulu Tanrıdan rəhmət, yaxınlarını itirən insanlara dərin hüznlə başsağlığı diləyirəm!”

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 119
avatar

Oxşar yazılar