Ekspert: “Şagirdin müəllim tərəfindən döyülməsini qabartmaq düzgün deyil”
28 yanvar 2016 18:40 (UTC +04:00)

Ekspert: “Şagirdin müəllim tərəfindən döyülməsini qabartmaq düzgün deyil”

 

“Təhsil sahəsində islahatların aparıldığı bir mərhələdə müəllimin şagirdi döyməsi düşündürücüdür və şagirdlərin müəllimlər tərəfindən döyülməsini qabartmaq düzgün deyil”

 

Lent.az-ın məlumatına görə, bunu təhsil eksperti Əjdər Ağayev bu gün Abşeron rayonundakı Heydər Əliyev mərkəzində “ Müəllim-şagird münasibətləri və sinfin idarəedilməsi” mövzusunda keçirilmiş seminarda deyib.

 

Təhsil eksperti deyib ki, minlərlə müəllimi cəmi 3-4 nəfərə görə müzakirə etmək yolverilməzdir: ”Əlbəttə ki, müəllim kobudluğa yol verməməlidir. Ancaq minlərlə müəllimi cəmi 3-4 nəfərə görə müzakirə etmək düzgün hesab edilmir. Digər tərəfdən gərək şagirdlər də öz ədəb qaydalarını yerinə yetirsinlər. Bütün bunlar müəllim haqqında xoşagəlməz fikirlər yaradır. Ona görə də bu fakta bütün müəllimlərin hərəkəti kimi yanaşılmamalıdır. Kimlərinsə məsuliyyətsizliyi ola bilər. Yəqin ki, həmin şəxslər barəsində də ölçü götürülür. Hərənin əlində bir telefon, video çəkən qurğu var. İstənilən şəxslə bağı video çəkib yerləşdirmək olar. Hər bir müəllim asqıranda onun video görüntüsünü internetdə yerləşdirməklə biz heç nəyə nail ola bilməyəcəyik. Bunu da ictimaiyyət müzakirə etməlidir ki, müəllimlə belə rəftar etmək olmaz. Yaxşı olardı ki, müəllim-şagird münasibətləri sağlam prinsiplər əsasında qurulsun. Müəllim, şagird və valideyn münasibətlərinin tənzimlənməsi daha yaxşı olardı”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 189

Oxşar yazılar