<b>Təhsil eksperti:</b> “Dəyərli söz deyilsə, auditoriya boş qalmayacaq"
11 noyabr 2015 16:59 (UTC +04:00)

Təhsil eksperti: “Dəyərli söz deyilsə, auditoriya boş qalmayacaq"

Tanınmış təhsil eksperti, parlamentin Təhsil Komitəsinin keçmiş sədri, professor Şahlar Əsgərov “Elmdən təhsilə” adlı məqsədli proqrama dair Lent.az-ın suallarını cavablandırıb.

Yeni “Elmdən təhsilə” proqramını qeyri-standart bir proqram kimi qiymətləndirən Ş.Əsgərov deyib ki, bu, ideya baxımından çox cəlbedicidir və ölkə təhsilinə xeyri olacağı güman edilir: “Azərbaycanın çox dəyərli alimləri var, hansı ki, 2-3 aspirantla işləmək yerinə, 100-150 nəfərlik böyük bir auditoriyada mühazirə deyərək öz biliyini istiqamətləndirə bilər. Və bu proqram çərçivəsində alimlər öz sahələri üzrə ixtisasda təhsil alan tələbələrə həmin sahədə olan bütün yenilikləri davamlı bir mühazirə şəkilində çatdıra biləcək. Onu da deyim ki, bizim öyrənməyə meyilli olan gənclərimiz çoxdur. Heç kim düşünməsin ki, auditoriya boş qala bilər. Dəyərli söz deyilsə, auditoriya hər zaman dolu olacaq”.

Təhsil ekspertinin sözlərinə görə, artıq bir çox MDB məkanında olan ölkələrdə təhsil və elmin inteqrasiyası üçün addımlar atılıb və bəzi ölkələrdə “ Təhsil və Elm” Nazirliyi belə fəaliyyət göstərir.

Təhsil nazirinin yeni proqramın işlənib hazırlanmasına dəvətini təqdirəlayiq hesab edən Ş.Əsgərov bildirib ki,  bu proqram təhsilin keyfiyyətini yüksəltmək məqsədi daşıyır və bu da hər kəsdə ruh yüksəkliyi yaradır. Tələbələr də bu işdən məmnun qalacaq. Gələcək nəslə nə qədər mükəmməl təhsil versək, gələk nəsil də bir o qədər rahat yaşayar.

Qeyd edək ki, təhsil naziri Mikayıl Cabbarov AMEA-nın 70 illik yubileyində çıxışı zamanı “Elmdən təhsilə” adlı məqsədli proqramdan söz açmışdı.

 

Nazirin sözlərinə görə, bu proqram çərçivəsində Elmlər Akademiyası sistemində çalışan alimlər ölkəmizin ən yaxşı ali təhsil müəssisələrində elmi tutumlu ixtisaslar üzrə təhsil alan tələbələrə fənləri tədris edib, elmlə təhsilin daha dərin inteqrasiyasına töhfə verəcək, toplanmış elmi biliklərin növbəti nəsillərə ötürülməsinə imkan qazanacaq, elmi potensialı olan istedadlı tələbələri vaxtında aşkar etməyə kömək etmiş olacaqlar. Hal-hazırda Təhsil Nazirliyi ölkənin 2 aparıcı universitetində startapların başlanması üçün iş aparır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 241

Oxşar yazılar