Bakıda bədbəxt hadisə baş verib.
Lent.az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu, Topçubaşov küçəsi 84-də qeydə alınıb.
1957-ci il təvəllüdlü Fuad Ələsgər oğlu Nəsirov yaşadığı evin pəncərəsini düzəldərkən yıxılıb.
Xəstəxanaya yerləşdirilmiş F.Nəsirov aldığı xəsarətlərdən orada ölüb.