Bakıda avtomobildən meyit tapılıb.
Lent.az xəbər verir ki, hadisə Nərimanov rayonu, Ziya Bünyadov prospektində qeydə alınıb.
“Renault” markalı, 77 VG 878 dövlət nömrə nişanlı avtomobildə kişi meyiti tapılıb.
Araşdırmalar zamanı meyiti tapılan şəxsin həmin avtomobilin sahibi, Bakı şəhər sakini, 1960-cı il təvəllüdlü Fikrət Mürşüd oğlu Hüseynov olması müəyyən edilib.
Meyitin üzərində zorakılıq əlamətləri aşkar lanmayıb.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.