Magistr və doktorantlar əsgər getməyəcək - <span style="color:red;">Prezident təsdiqlədi
21 iyun 2016 18:35 (UTC +04:00)

Magistr və doktorantlar əsgər getməyəcək - Prezident təsdiqlədi

0

 

Prezident İlham Əliyev “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna edilən dəyişiklikləri təsdiq edib. 

 

Lent.az-ın məlumatına görə,  dəyişiklərə əsasən, qanunun 21.1-ci maddəsində “filiallarında” sözündən sonra “, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda” sözləri əlavə olunub.

 

21.1.4-cü maddədə “ali təhsil müəssisələrində və onların filiallarında əyani təhsilalma formasında ali təhsil pilləsində (bakalavriat)” sözləri “əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada”, 21.1.5-ci maddədə “pilləsində (bakalavriat)” sözləri “pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələrində” sözləri ilə əvəz edilib.  

 

Beləliklə də, magistraturada və doktoranturada təhsil alan şəslərə hərbi xidmətmətdən möhlət hüququ təsdiqlənib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 714

Oxşar yazılar